AZ

İran nüvə müqaviləsindən çıxa bilər Xameneinin müşaviri

ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

SEPAH-ın keçmiş komandanı və İranın ali rəhbərinin müşaviri Möhsün Rzayi bildirib ki, xarici təhdidlərin davam etməsi halında İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxa bilər.

Sitat.info Tasnim-ə istinadən xəbər verir ki, Rzayinin sözlərinə görə, “bu tendensiya davam edərsə, İranın strateji və ehtiyat tədbirlərindən biri NPT-dən mümkün çıxış ola bilər və bu, qarşı tərəf üçün ağır nəticələr doğurar”.O qeyd edib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti üçün hüquqi və təhlükəsizlik əsasları mövcuddur.Rzayi əlavə edib ki, ölkə hazırda həssas mərhələdən keçir: “Bir tərəfdən müdafiə qüvvələri tam hazırlıq vəziyyətindədir, digər tərəfdən isə İran rəsmiləri xalqın hüquqlarının təmin olunması üçün diplomatik danışıqları davam etdirirlər”.

Nigar,

Sitat.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
sitat.info

2Mənbələr