AZ

Bakıda bir qəsəbəyə çəkilən alternativ yolu da sel apardı FOTO VİDEO

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Paytaxtın Qaradağ rayonunun Umbakı (keçmiş Çeyildağ) qəsəbəsinə gedən yolda yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub.

"Yeni Sabah" Oxu.Az-a istinadən xəbər verir ki, ötən il sel nəticəsində dağılan körpünün yerinə çay yatağından alternativ yol çəkilib.

Lakin beş gün əvvəl yağan güclü yağışlardan sonra yaranan sel həmin yolu da yararsız vəziyyətə salıb. Sezar pizza

Göndərilən foto və videogörüntülərdə alternativ keçidin sel suları tərəfindən yuyulduğu, yolun bir hissəsinin dağıldığı müşahidə edilir.

Sakinlər bildirirlər ki, problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və aidiyyəti qurumlara məlumat versələr də, ötən beş gün ərzində ərazidə hər hansı bərpa işləri aparılmayıb.

Onlar qəsəbəyə gediş-gəlişdə çətinlik yarandığını bildirərək problemin aradan qaldırılmasını istəyirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
yenisabah.az

4Mənbələr