AZ

İkardi Yunanıstan klubunun təklifini rədd etdi

BAKI, 25 may. TELEQRAF

Mauro İkardi “Olimpiakos”un təklifini rədd edib.

Teleqraf xəbər verir ki, “Qalatasaray”la yeni müqavilə imzalaması gözlənilən argentinalı hücumçu karyerasını ən yüksək səviyyədə davam etdirmək istədiyi üçün Yunanıstan klubunun təklifini qəbul etməyib.

Fabritsio Romanonun məlumatına görə, İkardi gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir və təkliflərə qarşı olduqca seçici yanaşır.

Hazırda “Qalatasaray”dakı gələcəyi qeyri-müəyyən olan təcrübəli futbolçunun yenidən İtaliyada çıxış etmək istədiyi, lakin uyğun variant gözlədiyi bildirilib.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray” forması ilə keçirdiyi 134 rəsmi oyunda 77 qol vurub, 25 məhsuldar ötürmə edib və azarkeşlərin sevimlilərindən birinə çevrilib.

Seçilən
17
teleqraf.com

1Mənbələr