Nəşrin qeyd etdiyi kimi, İsrail ordusu ərazi üzərində nəzarəti genişləndirdikcə, Qəzzada radikal Fələstin HƏMAS hərəkatına məxsus yeraltı tunelləri aşkar etməyə və binaları sökməyə davam edir. Eyni zamanda, İsrail ordusu anklavda öz müdafiə xətlərini gücləndirir. Bir hissədə İsrail ordusu Qəzzanın şimalından cənubuna uzanan Səlahəddin şossesinə də nəzarəti ələ keçirib.
ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq sülh yolu ilə daha da irəliləyiş əldə olunmadığı bir vaxtda İsrail Qəzza üzərində nəzarətini genişləndirir. Əsas məsələ HƏMAS qüvvələrinin tərksilah edilməsi olaraq qalır və hərəkat indiyə qədər bundan imtina edib. Sülh Şurasının nümayəndəsi anklavda İsrailin nəzarətində olan ərazinin genişləndirilməsi ilə bağlı məlumatları şərh edərək hər iki tərəfi sülh planı çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırıb. Xüsusilə, bu, ötən həftə təqdim edilən və silahların beynəlxalq nəzarət altında xüsusi Fələstin qurumuna tədricən ötürülməsini nəzərdə tutan razılaşma üçün yol xəritəsinə aiddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31