AZ

ABŞ ilə danışıqlarda əsas diqqət müharibənin bitməsinə yönəlib - İran XİN

“ABŞ ilə danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib və nüvə proqramının texniki detalları müzakirə mövzusu deyil”.

Missiya.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransı zamanı məlumat verib.

O bildirib ki, diplomatik heyət hökumətin müəyyən etdiyi vəzifələr çərçivəsində fəaliyyət göstərir.

Bəqainin sözlərinə görə,“təhdidlər, təzyiqlər və görüntülər xarici siyasətin bir hissəsidir, ancaq İran real vəziyyətə əsaslanaraq hərəkət edir.

Siyasətçi qeyd edib ki, İran xalqının təcavüzkarlara qarşı mövqeyi ölkənin gücünü nümayiş etdirib və diplomatik proses bu reallıqlar nəzərə alınaraq davam edir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr