Türkiyə şou-biznesinin və kino aləminin ən məşhur ulduzlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı xüsusi əməliyyat keçirilir.
News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərə qarşı başladılan narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı cinayət işi çərçivəsində populyar aktrisa Serenay Sarıkaya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, mayın 21-də aralarında Serenay Sarıkaya, Feyza Civelek, Mabel Matiz, Berkay Şahin, Tan Taşçı və Onur Tunanın da olduğu ümumilikdə 25 məşhur şəxs barəsində rəsmi həbs, axtarış və bioloji müayinə qərarı çıxarılıb.
Qərar verilən zaman uzunmüddətli xarici səfərdə olan və məsələdən xəbər tutan kimi dərhal Türkiyəyə qayıdacağını elan edən ulduz aktrisa, İstanbula enən kimi polis tərəfindən təyyarə limanında nəzarətə götürülüb. İfadəsi alınmaq üçün müvafiq şöbəyə aparılan məşhur aktrisanın qanuni prosedurlara uyğun olaraq saç və qan nümunələrinin götürülməsi məqsədilə Məhkəmə Tibb Qurumuna cəlb ediləcəyi bildirilir.
Prokurorluqdan edilən rəsmi açıqlamada ictimaiyyət arasında böyük ajiotaj yaradan bu genişmiqyaslı istintaq hərəkətlərinin və əməliyyat tədbirlərinin tam şəffaf şəkildə davam etdirildiyi bildirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta