AZ

XİN rəsmisi: Hazırkı reallıq Afrikanın malik olduğu potensialla üst-üstə düşmür

Bakı, 25 may, AZƏRTAC

Afrika XXI əsrdə qlobal inkişafın mərkəzi və strateji baxımdan getdikcə daha böyük əhəmiyyət qazanan bir qitəyə çevrilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin İqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransın "Gündəm 2063 və Afrikanın beynəlxalq münasibətlər sistemində artan rolu" mövzusundakı panel müzakirələrində söyləyib.

"Təəssüf ki, hazırkı reallıq Afrikanın malik olduğu potensialla üst-üstə düşmür. Bu gün Afrika 1,5 milyard əhalisi olmasına baxmayaraq, dünya üzrə birbaşa xarici investisiyaların cəmi 1–2 faizini alır.

İqlim məsələləri və enerji keçidi ilə bağlı məsələlərdə də Afrika ən çətin vəziyyətdə olan regionlardan biridir. Son dövrlərdə elan olunan təxminən 2 trilyon dollarlıq “yaşıl investisiya” həcminin yalnız 1–2 faizi Afrikaya yönəldilir", - deyə E. Allahverdiyev əlavə edib.

Seçilən
13
azertag.az

1Mənbələr