AZ

Tramp İran gəmilərinə hücumu əks etdirən süni intellekt görüntüsü paylaşıb

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Trump İranla mümkün razılaşma ilə bağlı dünya ictimaiyyətinin yeni açıqlamalar gözlədiyi bir vaxtda “Truth Social” sosial şəbəkəsində növbəti mübahisəli paylaşımı ilə diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, Amerika lideri süni intellekt vasitəsilə hazırlanmış və hərbi əməliyyatları əks etdirən görüntü yayımlayıb. Şəkildə ABŞ hərbi təyyarəsinin iki İran katerinə hücum edərək onları məhv etməsi təsvir olunub. Kadrlarda zərbənin təsirindən katerlərdə olan şəxslərin havaya sovrulduğu da ətraflı şəkildə göstərilib.

Tramp paylaşımını qısa şərhlə müşayiət edib. ABŞ prezidenti süni intellektlə yaradılmış görüntünün üzərinə iri qırmızı hərflərlə “Adios” (“Əlvida”) sözünü yazıb.

Ekspertlər və müşahidəçilər qeyd ediblər ki, Trampın diplomatik gərginliyin pik həddə çatdığı bir dövrdə belə paylaşımlar etməsi onun sosial şəbəkələr vasitəsilə xarici siyasət aparmaq üslubunun növbəti nümunəsidir.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr