AZ

Yüksək parlaqlıq smartfonun qızmasına səbəb olur

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Smartfon ekranlarında ideal parlaqlıq səviyyəsinin nə qədər olması ilə bağlı mütəxəssislər məlumat verilib.

Redaktor.az bu haqda “Notebookcheck”a istinadla xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, yeni telefonlarda 3000-3500 nit parlaqlıq kifayət qədər optimal sayılır. Bu göstərici sayəsində ekran günəş altında belə rahat görünür.

Lakin ekspertlər bildiriblər ki, yüksək parlaqlıq bəzi problemlərə də səbəb ola bilər. Misal olaraq 3500 nit ekrana sahib olan büdcə modeli "Moto G87" göstərilib. Telefon günəş işığında yaxşı görünsə də, parlaqlığın avtomatik tənzimlənməsi kifayət qədər effektiv deyil. Bu səbəbdən ekran qaranlıq mühitdə də həddindən artıq parlaq qalır.

Jurnalistlər qeyd ediblər ki, yüksək parlaqlıq telefonun daha çox enerji sərf etməsinə və cihazın qızmasına səbəb olur. Çünki smartfonlarda ən çox enerji istifadə edən hissə məhz ekrandır.

Sonda vurğulanıb ki, müasir telefonlarda avtomatik parlaqlıq tənzimləmə funksiyası vacib xüsusiyyətlərdən biridir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr