AZ

Məşhur belçikalı karyerasını bitirdi

"Brügge"nin təcrübəli qapıçısı Simon Minyole peşəkar futbolçu karyerasını bitirib.

Fanat.Az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belçika millisinin və "Liverpul"un sabiq qolkiperi karyerasını məhz "Brügge"də başa vurmağın onun üçün böyük şərəf olduğunu bildirib.

Belçika millisinin heyətində 35 oyun keçirən Simon 2018-ci ildə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, Minyole 2019-cu ildə "Liverpul"un sıralarında UEFA Çempionlar Liqasının qalibi olub. O, "Brügge"nin heyətində 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 2 dəfə isə Belçika Superkubokunu qazanıb.

Toğrul

Seçilən
12
4
fanat.az

5Mənbələr