Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Müxalifət Alyansı"na 26 may aksiyasında konstruksiyaların quraşdırılmasına icazə verilməməsi barədə danışarkən bildirib ki, ölkədə aksiya keçirmək hər kəs üçün əlçatandır, lakin texniki avadanlıqların əraziyə gətirilməsi Müstəqillik Günü tədbirləri ilə bağlı müəyyən çətinliklər yaratdığı üçün təşkilatçılara rədd cavabı verilib. Baş nazir müxalifətin planlaşdırdığı aksiyanın reallaşmasının hətta faydalı olduğunu qeyd edərək, bu etirazın həmin qüvvələrin cəmiyyət qarşısında öz "aciz simasını" növbəti dəfə göstərməsi üçün yaxşı bir fürsət olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31