AZ

Günlük kirayə mənzillərin qiyməti artdı - SƏBƏB

Son zamanlar ölkənin kirayə mənzil bazarında artım müşahidə olunur. 

Bu artım tək paytaxt ərazisində deyil, bölgələrdə də özünü göstərir. Maraqlı məqam ondan ibarətdir ki, qiymət artımı günlük kirayə mənzil bazarında da hiss olunur. İstər paytaxtda, istərsə də rayonlarda məzillərin günlük kirayə qiymətləri xeyli yüksəlib. 

Bəs buna səbəb nədir?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov Hit.az-a açıqlamasında deyib ki, ölkəmizdə keçirilən WUF13 forumu ilə əlaqədar otellərdə doluluq yüksək olub: 

400424

“Bu səbəbdən günlük kirayə mənzillərə tələbat artıb. Son iki həftə ərzində bu seqmentdə qiymət artımı məhz beynəlxalq tədbirin ölkədə keçirilməsi ilə bağlıdır”.

Həmsöhbətimiz onu da qeyd edib ki, artıq yay mövsümünün başlaması da qiymətlərə təsir edir:

“May ayının ikinci yarısından etibarən tətillər dövrü başladığı üçün turizm bazarına və turist axınına təsir göstərir. Yay mövsümündə isə bölgələrdə kirayə qiymətlərində artım müşahidə olunur. Üstəlik, bu, günlük kirayə qiymətlərində də özünü biruzə verir”.

Günel Cəlilova

Seçilən
15
hit.az

1Mənbələr