AZ

13 yaşlı uşaq heyvan sevgisi ilə ürəkləri isindirdi

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyənin Yozgat vilayətində 13 yaşlı çoban Alperen Atıl yağışlı havada göstərdiyi davranışla diqqət çəkib.

Sherg.az xəbər verir ki, Sorgun rayonunun Araplı qəsəbəsində qoyunlarını otaran Alperen yağışa düşdükdən sonra üzərindəki yağışlıq gödəkçəsini islanmasın deyə eşşəyinə geyindirib. O, heyvanın üşüməməsi üçün əlavə olaraq tonqal da qalayıb.

Alperen bildirib ki, heyvanlarının xəstələnməməsi üçün əlindən gələni edir: “Mən özümü qurulayıram, amma o (eşşək) bunu edə bilməz. Ona görə də gödəkçəmi onun üzərinə örtdüm.”

Bu davranış sosial şəbəkələrdə və yerli mediada böyük rəğbət qazanıb və Alperenin heyvanlara olan mərhəməti təqdir olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
sherg.az

1Mənbələr