AZ

SSRİ səfiri və sovet Azərbaycanının Baş naziri Rəsulzadənin qəbri üstündə

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azpost.info “Fotoxronika” layihəsi çərçivəsində daha bir şəkli təqdim edir:

FOTO:Ankara. Sentyabr. 1990-cı il.

Azərbaycan SSR-in Nazirlər Sovetinin sədri Həsən Həsənov Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edir.

Həsən Həsənovun arxasında duran SSRİ-nin Türkiyədəki səfiridir.

Dövran azadlıq və müstəqillik havasına köklənən azərbaycanlıların zamandır. Xalq şanlı keçmişini xatırlayır, gələcək uğrunda çarpışır, ümidlə sabaha baxır.

Məhəmməd Əmin Rəsulzadənin məzarı yeni çağırışların mesaj yerinə çevrilib.

1990-cı il Azərbaycanın siyasi böhranın, hakimiyyət davalarının ən qızğın ilidir həm də.

8 ay əvvəl -1990-cı ilin 20 yanvranda hakimiyyət uğrunda mübarizədə Ayaz Mütəllibova uduzan Həsənov üçün qurubun başladığı ildir. “Birinci” olmaq şansı daha olmayacaq -Mixail Qorbaçov 1-ci katib postunu Həsən Həsənova yox Ayaz Mütəllibova verib.

SSRİ-nin süqutuna 1 il qalır.

Qarşıda Həsənovu BMT və “diplomatik sürgün” gözləyir.

H.Həsənov siyasi tariximizin yaddaş səhifəsidir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
azpost.info

2Mənbələr