AZ

Bakıda evə BASQIN: Ər və arvadı öldürüldü

Bakıda qətl hadisəsi baş verib.

Bizim.Media Oxu.az-a istinadla xəbər verir ki, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində qeydə alınıb.
 

Qarət məqsədilə evə daxil olan naməlum şəxs ev sahibləri - 1946-cı il təvəllüdlü Sabir Əliyev və həyat yoldaşına bıçaqla xəsarətlər yetirib. Nəticədə ər-arvad hadisə yerində ölüb.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Bizim.Media

Seçilən
0
12
bizim.media

10Mənbələr