AZ

Haaland “Qızıl buts” mükafatını qazandı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında mövsümün ən məhsuldar futbolçusu kimi “Qızıl buts” mükafatını qazanıb.

İdmanxeber.az-ın məlumatına görə, 2025/2026 mövsümündə norveçli forvard Premyer Liqada 35 oyunda 27 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticə ilə o, karyerasında üçüncü dəfə “Qızıl buts”a sahib çıxıb.

Bombardirlər siyahısında Haaland “Brentford”un braziliyalı hücumçusu İqor Tyago (22 qol) və komanda yoldaşı Antuan Semenyo (17 qol) qabaqlayıb.

 O, daha əvvəl 2022/2023 və 2023/2024 mövsümlərində də Premyer Liqanın bombardiri olmuşdu. 2024/2025 mövsümündə isə “Qızıl buts” mükafatını Mohamed Salah (Liverpool) qazanmışdı.

Seçilən
17
idmanxeber.az

1Mənbələr