AZ

Mişel Aun: "İsraillə danışıqlar qərarı güzəşt və ya təslim olmaq demək deyil" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Livan Prezidenti Mişel Aun 2000-ci ildə İsrail ordusunun çıxarılmasından sonra ölkənin cənubunun azad edilməsinin ildönümü münasibətilə etdiyi çıxışında bəyan edib ki, Livan hakimiyyətinin İsraillə danışıqlara getmək qərarı heç bir güzəşt və ya təslim olmaq mənasına gəlmir. Dövlət başçısı bu addımın yalnız dövlətin öz suverenliyini müdafiə etmək hüququna yönəldiyini vurğulayıb. 

Qeyd edək ki, Livanın cənub əraziləri 1978-ci ildən etibarən İsrailin işğalı altında olub və 25 may 2000-ci ildə İsrail qoşunlarının bölgədən tam çıxarılması ölkədə hər il Müqavimət və Azadlıq Günü kimi qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr