Bakıda ər-arvad qətlə yetirilib..
Poliqon-nun xəbərinə görə, hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı Zöhrə Əliyeva (1960-cı il təvəllüdlü) mənzildə bıçaqlanaraq öldürülüb.
Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb.
Fakt araşdırılır.
İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib.
Poliqon.info