AZ

Azərbaycanın millisi Avropa çempionatından əvvəl Bakıda son məşqinə çıxıb

BAKI, 25 may. TELEQRAF

Minifutbol üzrə Azərbaycan yığması Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda davam etdirir.

Teleqraf xəbər verir ki, komanda Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək turnir öncəsi son məşqinə çıxıb.

Hazırlıq prosesində milli komandanın bütün futbolçuları iştirak ediblər. Baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında baş tutan mə

şqdə oyunçular əvvəlcə isinmə hərəkətləri edib, ardından taktiki çalışmalar və müxtəlif təmrinlər yerinə yetiriblər.
Qeyd edək ki, mayın 27-də start götürəcək Avropa çempionatı iyunun 4-dək davam edəcək. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya seçmələri ilə qarşılaşacaq.

Seçilən
6
teleqraf.com

1Mənbələr