AZ

Murad Ariflə Festival İZDİHAMI – Video

HITMAKER Murad Arif ölkənin ən böyük gözəllik festivalında ən çox gözlənilən ulduz qonaqlarından biri kimi möhtəşəm səhnə performansı ilə yadda qalıb.

Festival boyunca yüksək enerji və möhtəşəm atmosfer yaradan sənətçi sevilən hitlərini  ifa edərək iştirakçılara əsl musiqi bayramı yaşadıb. Murad Arifin səsləndirdiyi hər mahnı tamaşaçıların böyük coşqusu və alqışları ilə qarşılanıb.

Səhnədəki peşəkar performansı, dinamik şousu və tamaşaçı ilə qurduğu xüsusi ünsiyyət festivalın ən yaddaqalan anlarından birinə çevrilib. HITMAKER pərəstişkarlarının arasına enərək onlarla birlikdə mahnılar oxuyub, xatirə fotoları və videolar çəkdirib.

Minlərlə iştirakçının qatıldığı “OliFest”də Murad Arifin çıxışı festivalın zirvə nöqtələrindən biri olub. Sənətçinin enerjisi və hit mahnıları tədbirə xüsusi rəng qataraq uzun müddət danışılacaq unudulmaz anlar yaşadıb.

 

 

 

Bu gönderiyi Instagram’da gör

 

Dergi.az (@dergi.az)’in paylaştığı bir gönderi

Seçilən
22
dergi.az

1Mənbələr