AZ

Tramp İranla yeni sazişin JCPOA nın tamamilə əksi olacağını bildirib

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla istənilən yeni mümkün saziş 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) "tamamilə əksi" olacaq.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" şəbəkəsində yazıb.

"İranla saziş ya böyük və əhəmiyyətli olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, Barak Obama administrasiyası tərəfindən bağlanan fəlakətli JCPOA-nın tamamilə əksi olacaq", — deyə o, bildirib.

"(JCPOA) İranın nüvə silahı yaratması üçün birbaşa və açıq yol idi. Xeyr, mən bu cür razılaşmalar imzalamıram!" — deyə Amerika prezidenti bildirib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr