AZ

Bakıda türk dilli dövlətlərin iştirakı ilə 10-cu rəqs və musiqi simpoziumu keçirilib - FOTOLAR

Bakıda türk dilli dövlətlərin iştirakı ilə 10-cu rəqs və musiqi simpoziumu keçirilib.

SİA xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən musiqişünaslar, professorlar və sənət nümayəndələri iştirak ediblər.

Simpoziumda Azərbaycan Milli Konservatoriyasının muğam kafedrasının professoru və fəlsəfə doktoru “Müxtəlif dövlətlərdə muğam tədrisi və muğam tədrisində müəllim-şagird münasibətləri” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirilib ki, mövzu iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Kanadadan, Türkiyədən və digər ölkələrdən nümayəndələr, eləcə də Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova iştirak edib. Bununla yanaşı, konservatoriyanın rəhbər heyəti və professor-müəllim heyətinin üzvləri də simpoziuma qatılıblar.

Simpozium çərçivəsində Azərbaycan muğam sənəti ilə bağlı məruzələr təqdim olunub, iştirakçılara muğamın tədrisi və inkişafı barədə ətraflı məlumat verilib. Xarici ölkələrdən olan iştirakçılar Azərbaycan nümayəndələrinin çıxışlarını xüsusi maraqla qarşılayıblar.

Sonda Azərbaycan nümayəndəsi beynəlxalq simpoziumun sertifikatı ilə təltif olunub.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
6
sia.az

1Mənbələr