AZ

Rusiya Ermənistanın AİB sammitində iştirak etməsini gözləyir - Kreml

“Moskva Ermənistanın Astanada keçiriləcək Avrasiya İqtisadi Birliyinin (AİB) tədbirlərində iştirak etməsini gözləyir”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsində deyib.

"Səhv etmirəmsə, Ermənistanın Baş naziri Nikol Paşinyan seçki kampaniyası səbəbindən iştirak edə bilməz. Amma eyni zamanda, Ermənistan tərəfinin bu və ya digər şəkildə AİB-dəki üzvlüyünü davam etdirərək son dərəcə vacib görüşdə iştirak edəcəyini gözləyirik", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr