AZ

® “Expressbank”dan region sahibkarları üçün növbəti “Maliyyə savadlılığı” təlimi

“Expressbank” ASC KOBİA-nın dəstəyi ilə mikrosahibkarlar üçün maliyyə savadlılığına həsr olunmuş növbəti maarifləndirici sessiyanı Aran Regional İnkişaf Mərkəzində həyata keçirib.

Tədbirin əsas məqsədi Bərdə, Yevlax və ətraf ərazilərdə yaşayan sahibkarların maliyyə biliklərinin gücləndirilməsi, biznes idarəetməsində daha effektiv yanaşmaların təşviqi və bank-müştəri münasibətlərində düzgün maliyyə davranışlarının formalaşdırılması olub.

Təlim çərçivəsində iştirakçılara biznes fəaliyyətində maliyyə planlamasının əhəmiyyəti, dövriyyənin düzgün idarə olunması, kredit alətlərindən səmərəli istifadə və rəqəmsal bankçılıq imkanları barədə ətraflı məlumat təqdim edilib. Eyni zamanda, sahibkarlarla maliyyə risklərinin idarə olunması, biznesin inkişaf strategiyasının qurulması və dayanıqlı maliyyə vərdişlərinin formalaşdırılması istiqamətində praktiki nümunələr əsasında müzakirələr aparılıb.

İnteraktiv formatda təşkil olunan görüş zamanı sahibkarları maraqlandıran suallar cavablandırılıb, gündəlik biznes fəaliyyətində qarşılaşılan maliyyə çətinlikləri üzrə real təcrübələr paylaşılaraq faydalı tövsiyələr verilib. Tədbir ümumilikdə 50-dən çox sahibkarın maliyyə savadlılığının artırılmasına və biznes biliklərinin inkişafına töhfə verib.

“Expressbank” regionlarda sahibkarlığın inkişafına dəstək göstərilməsi, mikrobiznes nümayəndələrinin maliyyə əlçatanlığının artırılması və maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi istiqamətində layihələrini gələcək dövrdə də davam etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, “Expressbank” Bakı, Bərdə, Mingəçevir və digər bölgələrdə olmaqla ümumilikdə, 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya bankın instaqram, feysbuk, linkedin və teleqram sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Seçilən
0
8
azertag.az

9Mənbələr