AZ

TRAMPIN GİZLİ İRAN PLANI İsrail qəzəblidir, Tehran hədələyir!

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Donald Trampın pərdəarxası "böyük İran sazişi" hazırlayır, Tehran dünyanı neft və nüvə blokadası ilə hədələyir, İsrail isə ABŞ-dən Livanı tamamilə darmadağın etmək üçün icazə istəyir. Əsas oyunçuların kartları tədricən açılır.

"AzPolitika" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" şəbəkəsində böyük bir diplomatik bombanın fitilini atəşləyib. O, İranla gizli şəkildə yeni bir saziş üzərində işlədiyini dolayısı ilə etiraf edib və bu planı tənqid edən daxili rəqiblərini (həm Demokratları, həm də bəzi Respublikaçıları) sərt şəkildə aşağılayıb:

Tramp: "Mən İranla bağlayacağım potensial sövdələşmə haqqında heç nə bilməyən bu axmaqlara gülürəm. Onlar sadəcə luzerlərdir! Bu saziş ya böyük və əhəmiyyətli olacaq, ya da ümumiyyətlə olmayacaq. Obamanın o rüsvayçı nüvə sazişinin (JCPOA) tam əksi olacaq!"

İran dünyanı təhdid edir: "Hörmüzü bağlayarıq, nüvə müqaviləsindən çıxarıq!"

Trampın bu "böyük sövdələşmə" təzyiqinə Tehrandan cavab gecikməyib. İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai Vaşinqtona açıq xəbərdarlıq edərək, ABŞ-nin dalana dirəndiyini bəyan edib. Rezai, Amerikanın İrandan Hörmüz boğazı üzərindəki nəzarətdən imtina etməyi və zənginləşdirilmiş uranı təhvil verməyi tələb etdiyini bildirib.

Tehranın masadakı hədələri:

Qlobal neft blokadası: ABŞ güc tətbiq edərsə, müharibə bütün Fars körfəzini və Hind okeanını bürüyəcək. İran dəniz blokadasını yarmağa qadirdir.

Nüvə bombası kartı: Təzyiqlər artarsa, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxacaq.

Qırmızı xətt: Hörmüz boğazı beynəlxalq ticarətə açıqdır, lakin nəzarət tam İranda qalacaq.

İsrail qəzəblidir: "Trampın masasına yumruq vurun!"

İran və ABŞ-nin pərdəarxası sövdələşmə ehtimalı İsrail rəhbərliyində, xüsusilə də sağçı cinahda ciddi panika və qəzəb yaradıb. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, Baş nazir Benyamin Netanyahunu Trampa qarşı zəiflik nümayiş etdirməkdə ittiham edib və dərhal Livana hücum etməyə çağırıb:

Ben-Qvir: "Kamikadze dronların yaratdığı reallığı normallaşdırmaq olmaz. Baş nazirin Trampın masasına yumruq vurmasının və ona Livanda intensiv müharibəyə qayıtdığımızı bəyan etməsinin vaxtı çatıb! Livanın işıqlarını söndürməli, Əz-Zahranini ələ keçirməliyik!"

Hazırda Yaxın Şərqdə "böyük alver" gedir. Tramp özünü tarixə "sülh yaradıcısı" kimi qeyd etmək üçün İrana şərtləri diqtə edir. İran isə masada əlini gücləndirmək üçün neft yollarını və nüvə silahı kartını irəli sürür. Bu sövdələşmənin kənarda qalmasından və İranın bölgədə yenidən güclənməsindən qorxan İsrail isə Livanı tamamilə işğal etmək və böyük müharibəni alovlandırmaq üçün Vaşinqtona təzyiq edir. Saziş ya regiona yeni nizam gətirəcək, ya da idarəolunmaz böyük bir müharibəyə yol açacaq.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr