Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib.

Leqal.info xəbər verir ki, hadisə bu gün rayonun Şahhüseynli kəndində baş verib.

Kənd sakini, 1932-ci il təvəllüdlü Güldəstə Ağalarova və nəvəsi, 1987-ci il təvəllüdlü Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. G. Ağalarova ölüb, R. Ağalarov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info