AZ

ABB-nin yeni istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR

25 may 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 26.05.2026-cı il tarixində başlayacaq və 16.06.2026-cı il tarixində bitəcəkdir.

AZ2007004586 İSİN kodlu istiqrazların yerləşdirilməsi 18 iyun 2026-cı il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2007004586

İstiqrazların növü və forması:  Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması:  Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı:  50 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi: 5 000 000 manat

İllik gəlirlilik faizi: 10%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti: 2 il

Ticarətə buraxılma tarixi:  18.06.2026

Anderrayter:  ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Seçilən
20
1
marja.az

2Mənbələr