AZ

Bir sıra ölkələrdə sosial vəziyyətindən asılı olmayaraq bütün uşaqlara verilir Liqa sədri

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“"Sosial müavinətlər Haqqında" Qanunda "uşaqpulu" adlı anlayış yoxdur. Müavinət anlayışı var. Həmin qanunda 17 adda müavinət növü var. Onlardan 12-si aylıq, 5-i isə birdəfəlikdir. Onlardan 10-u (8-i aylıq, 2-si birdəfəlik) uşaq müavinəti və ya uşaqlara aid olan müavinətdir.  Bundan əlavə "Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanun və s. qanunlar da var”.

Bunu 525.az-a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov bildirib. Sahib Məmmədovun sözlərinə görə, uşaqlara yönələn müavinətlər 3 qurupa (şərti olaraq) bölünür. 1. İmtiyaza görə (məsələn şəhid uşaqları və s.), 2. Sağlamlığa görə (əlilliyi olanlar) və 3. Demoqrafik vəziyyətə görə:

“Sonuncu bir sıra ölkələrdə sosial vəziyyətindən asılı olmayaraq bütün uşaqlara verilir. Bu ölkələr hər min nəfərə düşən doğumun mənfi göstəriciyə malik olduğu  (məsələn Macarsatda -7) və ya mənfiyə yaxın olan ölkələrdir. Misal: Rusiya Federasiyasıda müvəqqəti olaraq "ana kapitalı" adlı birdəfəlik ödəniş nəzərdə tutulur. Əkiz və ya daha çox uşaq doğulduqda hər uşağa görə "ana kapitalı" ödənilir. Azərbaycanda bu 3 növ uşaq müavinətindən iki növü var (imtiyaz və sağlamlıq). Demoqrafik vəziyyətə görə isə verilmir”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
525.az

1Mənbələr