AZ

İspaniyanın DÇ 2026 üçün heyəti: “Real”dan heç kim yoxdur

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniya millisinin futbol üzrə 2026-cı il Dünya Çempionatı üçün heyəti açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə İspaniya millisinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, heyətə 26 futbolçu daxil edilib:

​Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Xuan Qarsiya (“Barselona”);

​Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Markos Lyorente (“Atletiko”), Emerik Laport (“Atletik”), Pau Kubarsi (“Barselona”), Mark Pubil (“Atletiko”), Erik Qarsiya (“Barselona”), Mark Kukurella (“Çelsi”), Alexandro Qrimaldo (“Bayer”);

​Yarımmüdafiəçilər: Rodri (“Mançester Siti”), Martin Subimendi (“Arsenal”), Pedri (“Barselona”), Fabian Ruis (PSJ), Mikel Merino (“Arsenal”), Qavi (“Barselona”), Aleks Baena (“Atletiko”);

​Hücumçular: Mikel Oyarzabal (“Real Sosyedad”), Lamin Yamal (“Barselona”), Ferran Torres (“Barselona”), Borxa İqlesias (“Selta”), Dani Olmo (“Barselona”), Viktor Munyos (“Osasuna”), Niko Uilyams (“Atletik”), Yeremi Pino (“Kristal Pelas”).

Maraqlıdır ki, İspaniya millisinin heyətinə “Real Madrid” klubundan heç bir futbolçu çağırılmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
axar.az

10Mənbələr