AZ

Tarixdə ilk dəfə “Real”dan İspaniya millisinə heç kəs dəvət almadı

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün komandanın rəsmi heyətini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, yığma turnirə hazırlıqlara mayın 30-da Las-Rosasdakı bazasında başlayacaq. Dünya çempionatının startından əvvəl komanda İraq və Peru millilərinə qarşı yoxlama oyunları keçirəcək.

Qeyd edək ki, milli komandaya “Real”dan heç bir futbolçu dəvət almayıb. Bu İspaniya yığması tarixində ilkdir. 

İspaniya millisinin DÇ-2026 üçün heyəti:

Qapıçılar: Unay Simon ("Atletik"), David Raya ("Arsenal"), Joan Qarsiya ("Barselona").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Markos Lyorente ("Atletiko"), Emerik Lyaport ("Atletik"), Pau Kubarsi ("Barselona"), Mark Pubil ("Atletiko"), Erik Qarsiya ("Barselona"), Mark Kukurelya ("Çelsi"), Alexandro Qrimaldo ("Bayer").

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti"), Martin Subimendi ("Arsenal"), Pedri ("Barselona"), Fabian Ruis (PSJ), Mikel Merino ("Arsenal"), Qavi ("Barselona"), Aleks Baena ("Atletiko").

Hücumçular: Mikel Oyarzabal ("Real Sosyedad"), Lamin Yamal ("Barselona"), Ferran Torres ("Barselona"), Borha İqlesias ("Selta"), Dani Olmo ("Barselona"), Viktor Munyos ("Osasuna"), Niko Uilyams ("Atletik"), Yeremi Pino ("Kristal Pelas").

Qeyd edək ki, Luis de la Fuentenin komandası mundialdakı ilk oyununu iyunun 15-də Atlantada Kabo-Verde yığmasına qarşı keçirəcək. Onların qrupdakı digər rəqibləri isə Səudiyyə Ərəbistanı və Uruqvaydır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
qafqazinfo.az

10Mənbələr