AZ

Çox ağladım, məncə, ömrüm boyu ağladığımdan da çox... Salahdan emosional vida

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində "Brentford"a qarşı oyun cinah hücumçusu Məhəmməd Salah üçün "Liverpul" forması ilə sonuncu matç oldu. Yeganə qola assistlik edən və Mersisayd təmsilçisinin tarixinə çempionatda ən çox sayda məhsuldar ötürmə müəllifi kimi düşən misirli ulduz emosiyalarını bölüşüb.

Fanat.Az xəbər verir ki, Mo klubun mətbuat xidmətinə danışıb:

"Çox ağladım, məncə, ömrüm boyu ağladığımdan da çox... Belə yerdən getmək çox çətindir. Hələ məşq bazasında da kövrələrək göz yaşlarımı saxlaya bilmədim. 

O qədər də emosional adam deyiləm. Məni sərt, aqressiv biri kimi görürsünüz, amma daxilən uşaq kimiyəm. Çox ağırdır... Burada gəncliyimizi keçirmişik. Qazandığımız uğurlara nail ola biləcəyimizi heç arzulamırdıq da... Ancaq biz bacardıq. Klubu layiq olduğu yerə qaytardıq. 

İndi deyəcəklərim soyunub-geyinmə otağında olan futbolçulara mesajdır. Bu klub hazırda hər şey üçün mübarizə aparır. Təbii ki, azarkeşlər də daha azına razı olmayacaqlar. Meydanda bütün varlığını qoyursansa, nəticənin necə olacağı onlar üçün xüsusi önəm daşımır. Can qoyursansa, fanatlar səni sonsuza qədər sevəcəklər. Uşaqlar, sizə demək istəyirəm ki, iş istedadda deyil, qalan şeylərdədir. Buna görə də Endru Robertson hamıdan çox sevilir. Meydanda bütün varlığı ilə mübarizə aparır. Onu buna görə sevirlər. Hə, "Liverpul"dan ayrılmaq asan deyil, amma bu, həyatdır və biz irəli baxmalıyıq".

Toğrul

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr