AZ

AFB Bank-da QR kod ilə ödəniş imkanı istifadəyə verildi

AFB Bank rəqəmsal ödəniş imkanlarını genişləndirərək AZQR layihəsi çərçivəsində emitent hissə üzrə işləri uğurla tamamlayıb. Bununla da bank müştəriləri üçün yeni və daha rahat ödəniş üsulu istifadəyə verilib. Artıq həm POS terminallarımızda, həm də mobil tətbiqimizdə QR ilə ödəniş imkanı aktivdir.

Beləliklə, AFB Bank müştəriləri AFB Bank Mobile mobil tətbiqi vasitəsilə QR kodu skan edərək ölkə üzrə QR dəstəkləyən POS-terminallarda retail ödəniş əməliyyatlarını həyata keçirə biləcəklər. Bu yenilik müştərilərə kart təqdim etmədən və ya nağd pul istifadə etmədən ödənişləri daha sürətli və rahat şəkildə həyata keçirmək imkanı yaradır.

QR əsaslı ödəniş texnologiyası əməliyyatların təhlükəsizliyini və rahatlığını artırmaqla yanaşı, müasir rəqəmsal bankçılıq xidmətlərinin inkişafına da töhfə verir. Müştərilər mobil tətbiq üzərindən bir neçə saniyə ərzində ödənişi təsdiqləyərək əməliyyatı tamamlayırlar.

AFB Bank yenilənmiş mobil tətbiqi ilə müştərilərinə daha rahat, sürətli və sadə xidmət göstərməyə davam edir. Mobil tətbiqi yükləyin, bank işlərinizi istədiyiniz yerdən rahatlıqla idarə edin.

Tədbiqi yükləmək üçün bu linkə keçid edin: https://onelink.to/4aq38c

Seçilən
0
3
marja.az

4Mənbələr