AZ

“İranla razılaşma ya əla olacaq, ya da olmayacaq” - Donald Tramp

“İranla bağlanacaq potensial razılaşma ya çox yaxşı və məntiqli olacaq, ya da ümumiyyətlə baş tutmayacaq”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ prezidentiDonaldTrampözünün “TruthSosial” sosial şəbəkə hesabında yazıb.

Amerika lideri paylaşımında həm demokratları, həm respublikaçıları, həm də proses barədə danışan bəzi şəxsləri tənqid edərək onların məsələ barədə məlumatlı olmadığını açıqlayıb.

Tramp ABŞ-nin sabiq Prezidenti Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişini “fəlakətli” adlandırıb və həmin razılaşmanın İran üçün nüvə silahına aparan yol açdığını bildirib.

Onun sözlərinə görə, hazırkı danışıqlar əvvəlki nüvə sazişinin təkrarı olmayacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr