AZ

Xoşqədəmin həmin an sanki qanadları çıxdı

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Türkiyəli məşhur müğənni Seda Sayanın "Seda Sayan ile Her Şey Masada" proqramında maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, verilişin qonaqları aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, türkiyəli müğənni Doğuş olub.

Proqram zamanı Seda Sayan Doğuşa Xoşqədəmlə necə tanış olduqlarını soruşub. Müğənninin səmimi etirafı isə diqqət çəkib.

Doğuş bildirib ki, münasibətlərində ilk addımı özü atmayıb:

"Mən addım atmadım, birbaşa ona doğru qaçdım".

Müğənni qeyd edib ki, Xoşqədəm Hidayətqızında onu təsirləndirən əsas məqam yalnız gözəllik olmayıb:

"Gözəl qadın idi, ancaq elə qadınlar bizdə də var. Məni təsirləndirən insanlığı oldu".

Doğuş onların birlikdə əlilliyi olan və kimsəsiz uşaqları ziyarət etdikləri günü də xatırlayıb:

"Uşaqlara şəfqətlə yanaşması, onları ürəkdən sevib qucaqlaması və iyrənməyib öpməsi mənə çox təsir etdi. Həyatımın önəmli dövrləri həmin yerlərdə keçib. Ən yaxşı mən anlaram. Həmin an Xoşqədəmin sanki qanadları çıxdı".

Seda Sayan da bu fikirlərlə razılaşaraq Xoşqədəmin davranışlarının səmimi olduğunu vurğulayıb:

"Belə yerlərə gedən bəzi insanlar saxta davranır. Amma Xoşqədəmdə hər şey həqiqi idi".

Verilişdən yayılan həmin anlar sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən geniş müzakirə olunub.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
news.milli.az

2Mənbələr