VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Əfzələddin Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlının moderatorluğu ilə baş tutub.
MÖVZU İLƏ BAĞLI:
Tədqiqatçı-yazar Cabir Alpoğlunun oxucularla görüşü keçirilib - FOTO
Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq Başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İmamverdi Həmidov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq Başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Könül Hacıyeva, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq Başlanğıc və İntibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi Elnarə Zeynalova çıxış ediblər.
Çıxış edənlər qüdrətli söz ustadı Xaqani Şirvaninin zəngin irsindən danışıb, onun Azərbaycan İntibah dövrü ədəbiyyatının ilk dahi şairi olduğu vurğulanıb.
Bildirilib ki, Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaradıb və Xaqani irsi hər zaman oxunur.
Təşkil olunan tədbirdə onun rübailəri və bəzi əsərlərindən nümunələr səsləndirilib.
Qeyd edək ki, bu il yanvar ayında Prezident İlham Əliyev Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə baş tutub. Festival may ayının 26-dək davam edəcək.
Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media