AZ

Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...

Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaronun “Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevi dünya çempionatına aparmaq niyyətində olduğunu, hətta mayın 5-də açıqladığı 40 futbolçunun siyahısına daxil etdiyini xəbər vermişdik. İtaliyalı mütəxəssis dünən siyahını bir qədər də daraldıb. Belə ki, DÇ üçün heyətdən 10 nəfər çıxarılıb, 30 nəfər var. Və Umarali də şanslı 30 futbolçu arasındadı. Kannavaro mayın sonuna qədər daha 4 futbolçunun adını siyahıdan çıxarmalıdı.
“Turan Tovuz”un müdafiəçisi Roderik Miller də dünya çempionatına yollanmağa ən azı Umarali qədər şanslıdı. Panama yığmasının baş məşqçisi Tomas Kristiansen yekun siyahını, yəni 26 nəfərin adını sabah açıqlayacaq.

Seçilən
18
1
football-plus.az

2Mənbələr