AZ

Azərbaycanda intensiv bağçılıq və istixana ilə bağlı əsas prioritetlər açıqlanıb

Azərbaycanda növbəti beş il ərzində intensiv bağların sahəsinin 20 min hektar, istixanaların sahəsinin isə 500 hektar artırılması hədəflənir.

"Unikal" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, istixanaların artıq istixana aqroparkı modelində inkişaf etdirilməsi nəzərdə tutulur və bitkiçilik sahəsində, əlbəttə ki, logistika emal istiqaməti də önəmli əhəmiyyət daşıyır: "Taxıl silolarının növbəti beş ildə həcminin 150 min kubmetr artırılması və çıxışınızda qeyd etdiyiniz kimi, soyuducu anbar həcminin isə 500 min tona çatdırılması hədəf olaraq qoyulub. Eyni zamanda, möhtərəm cənab Prezident, kiçik şərabçılığa və ailə təsərrüfatlarının şərabçılığın inkişafı istiqamətində verdiyiniz tapşırıqlara uyğun olaraq, bu proqram çərçivəsində də Azərbaycanda kiçik ailə təsərrüfat şərabçılığının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur və 2030-cu ildə belə təsərrüfatların sayının 20-ə çatdırılması hədəflənir".

Seçilən
14
1
unikal.az

2Mənbələr