AZ

Quru sərhədlər də açılacaq: Qatardan sonra avtobus, daha sonra isə...

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Altı illik fasilədən sonra Azərbaycan və Gürcüstan arasında gündəlik sərnişin dəmir yolu əlaqəsinin yenidən bərpası regionda nəqliyyat əlaqələri baxımından mühüm hadisə kimi dəyərləndirilir. 

Bu gündən etibarən Bakı–Tbilisi-Bakı istiqamətində sərnişin qatarlarının hər gün hərəkət etməsi iki ölkə arasında insanların səfərlərinin və iqtisadi əlaqələrin daha da canlanmasına şərait yaradır. Lakin bu müsbət addım fonunda Azərbaycanda quru sərhədlərin hələ də bağlı qalması ictimai müzakirələrdə ciddi suallar doğurmaqda davam edir. 

Bir tərəfdən beynəlxalq dəmir yolu sərnişin daşımalarının bərpası həyata keçirilir, digər tərəfdən isə quru sərhədlərin qapalı saxlanılması vətəndaşların sərbəst hərəkət imkanlarını məhdudlaşdıran ziddiyyətli vəziyyət yaradır. Sərhədlərin mərhələli şəkildə açılması ilə bağlı gözləntilər artdıqca, bu məhdudiyyətlərin nə vaxt və hansı mexanizmlə aradan qaldırılacağı məsələsi də daha çox diqqət mərkəzinə gəlir. 

Quru sərhədlərin nə zaman açılması ehtimalı var? Bu proses mərhələli şəkildə necə aparıla bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, quru sərhədlərin mərhələli şəkildə açılması həm iqtisadi, həm də sosial baxımdan vacib hesab olunur: “Məntiqə görə, dəmir yolunun açılmasından sonra quru sərhədlər də mərhələli şəkildə açılmalıdır. 

Ümumiyyətlə, quru sərhədlərlə bağlı problem həllini tapmalıdır. Bu, ölkənin imici baxımından yaxşı görünmür, həmçinin turizmin inkişafına və investisiyalara mane olur. Xarici investorlar da düşünür ki, niyə quru sərhədlər bağlıdır? Mənə elə gəlir ki, bu ilin sonuna qədər bütün bu problemlər həllini tapa bilər. 

İlkin mərhələdə mümkündür ki, qatardan sonra avtobus reysləri də açılsın. Ondan sonra isə piyada və avtomobillə keçidlər əvvəlki qaydada, yəni 2019-cu ildə tətbiq olunan qaydalar əsasında bərpa olunsun və bütün sərhədlər açılsın. Çox güman ki, proses də bu şəkildə gedəcək”.O qeyd edib ki, hazırda müəyyən təhlükəsizliklə bağlı narahatlıqlar var:

“Amma Azərbaycan dövləti kifayət qədər güclüdür və təhlükəsizliklə bağlı bütün problemləri həll edə bilər”. 

Gülər Həsənli 

“Cebheinfo.az”

Açar sözlər:

Quru sərhədlər Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
cebheinfo.az

3Mənbələr