AZ

Narkotik istintaqı: Serenay Sarıkaya haqqında qərar dəyişdi - DETALLAR

Narkotik şübhəsi ilə saxlanılan türkiyəli aktrisa Serenay Sarıkaya sərbəst buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən məşhurlara qarşı başladılan əməliyyat çərçivəsində saxlanılan aktrisa buraxılıb. 

 Serenay Sarıkaya ifadə verdikdən və Məhkəmə Tibbi Ekspertizasında analizlərdən keçdikdən sonra sərbəst buraxılıb. Sezar pizza

Qeyd edək ki, mayın 22-də İstanbulda məşhurlara qarşı genişmiqyaslı narkotik əməliyyatı keçirilib. Əməliyyat zamanı müğənni Mabel Matiz, aktrisa Feyza Civelek, eləcə də Onur Tuna və Berkay Şahin daxil olmaqla ümumilikdə 20 nəfər saxlanılmışdı.

Şübhəlilər tibbi müayinədən sonra məhkəməyə göndərilib. Onlardan biri həbs olunub, bir neçə nəfər barəsində isə ölkədən çıxışa məhdudiyyət qoyulub.

İstintaq çərçivəsində Serenay Sarıkaya haqqında da saxlanılma qərarı verilsə də, həmin vaxt onun ölkə xaricində olduğu bildirilirdi. Aktrisanın bazar ertəsi Türkiyəyə qayıtdıqdan sonra saxlanıldığı qeyd olunub.

Qeyd edək ki, Bakırköy Cumhuriyet Başsavcılığı onu istifadə məqsədilə narkotik və ya psixotrop maddə əldə etmək, saxlamaq və istifadə etməkdə, həmçinin narkotik və ya psixotrop maddələrin istifadəsinə şərait yaratmaqda ittiham edirdi.   

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
13
2
yenisabah.az

3Mənbələr