AZ

Sumqayıtın məşhur marketində KÖHNƏ kolbasa satılır - İDDİA

Sumqayıt sakini tanınmış marketdən alınan məhsulun istifadə müddətinin bitdiyini iddia edir.

Sumqayit24.az-a müraciət edən şəhər sakini Səid Məsiyev bildirib ki, ailə üzvləri 18-ci mikrorayon ərazisində yerləşən "Elmar" marketdən "Ovçular servelat" kolbasası alıblar. Daha sonra məhsulun üzərindəki qiymət etiketini çıxararkən son istifadə tarixinin 10 gündən çox əvvəl bitdiyini görüblər.

"Mən vərəm əleyhinə dispanserdə müalicə alıram. Sağalmağa çalışıram. Bunların satdığı məhsuldan mən zəhərlənsəm, buna kim cavab verəcək?", - deyə şikayətçi əlavə edib.

Sumqayit24.az məsələ ilə "Elmar" marketə məsələ ilə bağlı sorğu ünvanlayıb.

Seçilən
20
yenilik.az

1Mənbələr