AZ

Çin Tayvanla bağlı “yanlış siqnallar” verən Almaniyaya xəbərdarlıq edib

Çin bazar ertəsi günü Tayvandakı “separatçı qüvvələrə səhv siqnallar göndərməmək” barədə Almaniyaya xəbərdarlıq edib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində jurnalistlərə bildirib: “Dünyada yalnız bir Çin var və Tayvan onun ərazisinin ayrılmaz hissəsidir”.

Mao Nin Almaniyadan olan partiyalararası nümayəndə heyətinin Çinin özünün “ayrılan əyaləti” adlandırdığı Taypeyə səfər etməsi ilə bağlı məlumatları şərh edərkən diqqətə çatdırıb ki, nümayəndələrdən biri Tayvanı “Almaniya üçün vacib tərəfdaş” adlandırıb.

“Rəsmi Pekin Çinin Tayvan bölgəsi ilə Çinlə diplomatik əlaqələri olan ölkələr arasında hər hansı bir formada rəsmi qarşılıqlı əlaqəyə qəti şəkildə qarşı çıxır”, -deyə sözçü bildirib.

O əlavə edib: “Vahid Çin” prinsipi beynəlxalq münasibətlərdə tanınmış bir norma və mövcud beynəlxalq konsensusdur. Bu, həmçinin Çin-Almaniya münasibətlərinin siyasi təməlidir”.

Mao Nin Tayvanın hakim Demokratik Tərəqqi Partiyasının müstəqillik gündəliyi üçün xarici dəstək almaq cəhdinin mütləq uğursuzluqla nəticələnəcəyini bildirərək qeyd edib ki, Pekin Almaniyadan olan bəzi insanları vahid Çin prinsipinə riayət etməyə və Tayvanın separatçı qüvvələrinə yanlış mesajlar göndərməyi dayandırmağa çağırır.

Almaniya nümayəndə heyəti çərşənbə axşamı Tayvan lideri Villiam Lai Çinq-te ilə görüşəcək və mayın 31-dək adada səfərdə olacaq.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr