AZ

Sumqayıt Sənaye Parkında polistirol qida qablaşdırma altlığı istehsal ediləcək

Sumqayıt Sənaye Parkının yeni rezidenti tərəfindən müxtəlif ölçülü polistirol qida qablaşdırma altlığı istehsalı layihəsi həyata keçiriləcək.

Bu barədə Missiya.Az-a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata əsasən, "MET-AK" MMC-yə Agentliyin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

Layihənin investisiya dəyəri 16,3 milyon manatdır.

Sumqayıt Sənaye Parkında bu günədək ümumi investisiya həcmi 6,7 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezident statusu verilib. Rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb.

Seçilən
10
7
missiya.az

8Mənbələr