Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 25 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bədii-əyləncəli tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə agentliyin stasionar sosial xidmət müəssisələrinin 100-ə yaxın sakini iştirak edib.
Gün ərzində uşaqlar müxtəlif master-klaslarda və əyləncəli oyunlarda iştirak edib, maraqlı vaxt keçiriblər.
Tanınmış müğənni Elnur Hüseynov uşaqlar üçün müxtəlif musiqi parçaları ifa edib.








Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.