Olaylar xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Eyvaz Niftalıyev 10 il, Ramis Hümmətov 9 il müddətə azadlıqdan məhrum edilib.
Ramis Hümmətovun himayəsində olan azyaşlı övladına görə cəza təxirə salınıb.
Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin əməkdaşı olub.
Təqsirləndirilən Eyvaz Niftəliyev və Ramis Hümmətov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham edilib. .
Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.
Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31