AZ

Ağır cinayət törətsələr də, Azərbaycanda qadınlar bu cəzadan azaddır

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzası ən ağır cinayətlərə görə tətbiq olunsa da, bu cəza yalnız kişilərə şamil edilir. Qanunvericiliyə əsasən qadınlar ömürlük həbs cəzasına məhkum edilmir. Bəs bu fərqin hüquqi əsası nədir, qadınların bu cəzadan azad tutulması hansı prinsiplərə söykənir və bu yanaşma hüquq baxımından necə qiymətləndirilir?Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, Cinayət Məcəlləsində cəzaların növlərindən biri də ömürlük azadlıqdan məhrumetmə cəzasıdır və bu, Cinayət Məcəlləsinin 57-ci maddəsində öz əksini tapıb:"Bu cəza qadınlara tətbiq olunmur. Lakin təkcə qadınlara deyil, həm də yetkinlik yaşına çatmayan şəxslərə və 65 yaşına çatmış kişilərə tətbiq edilmir. Burada məntiq ondan ibarətdir ki, ümumiyyətlə, hər bir ölkənin qanunvericiliyi adət hüququ əsasında formalaşır. Həmin ölkədə vətəndaşların sosial mövqeyi və sosial rolu nəzərə alınmaqla tərtib olunur. Bizim cinayət qanunvericiliyimiz də Azərbaycan Respublikasının milli-mənəvi və ailə dəyərlərinə uyğun tərtib olunduğu üçün qadınlara qarşı belə humanist mövqe sərgilənir. Yəni qadınlara qarşı azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulanda bu, ömürlük olmur. Müəyyən müddətə, yəni maksimum 20 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər. Hökmlərin məcmusu üzrə isə qadınlar barəsində maksimum 25 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər".Vəkil deyib ki, bu tamamilə dövlətin öz hüquqi siyasəti ilə bağlıdır:"Dövlət qanunvericiliyin insanlara təsirini və onun tətbiqini nəzərdə tutarkən qadının cəmiyyətdəki və ailədəki rolunu nəzərə alır. Bəzi şəxslər tərəfindən bu, gender bərabərsizliyi kimi dəyərləndirilsə də, təbii ki, biz bilirik ki, qadınlara digər qanunvericilik sahələrində də müəyyən ayrıcalıqlar verilir. Əslində, bu yanaşma gender bərabərliyini təmin etməyə yönəlir",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr