AZ

Avropa Liqasına vəsiqə qazanan “nəhəng”lər

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” yeni mövsümdə Avropa Liqasında mübarizə aparacaq.

Futbolpress.az xəbər verir ki, “atlılar” turnirə I təsnifatdan başlayacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin liqa mərhələsinə düşmək ehtimalı böyükdür. Komandanın son illərdə avrokuboklarda göstərici nəticə “Qarabağ”ın yenidən əsas mərhələdə olacağına şübhə yaratmır.

“Qarabağ” təsnifat mərhələsini keçsə, Liqa mərhələsində TOP-5 çempionatlarında mübarizə aparan nəhəng klublara rəqib ola bilər. TOP-5-də mövsüm başa çatıb və Avroliqada birbaşa Liqa mərhələsinə vəsiqə qazananlar artıq məlumdur:

İngiltərə Premyer Liqası: “Bornmut”, “Sanderlend”

İtaliya A Seriyası: “Milan”, “Yuventus”

İspaniya La Liqası: “Selta”, “Real Sosyedad”

Almaniya Bundesliqası: “Hoffenhaym”, “Bayer”

Fransa Liqası: “Marsel”, “Renn”.

Avropa Liqasında “Qarabağ”ın da mübarizəyə başlayacağı ilk püşk iyunun 16-da atılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
futbolpress.az

1Mənbələr