AZ

Kiyevdə səfirliyimiz yenidən zərər gördü – Bakıda narahatlıq artır



Rusiyanın Ukraya paytaxtı Kyivə həyata keçirdiyi son raket və dron hücumları zamanı Azərbaycanın səfirliyi də zərər görüb. Məlumata görə, səfirliyin yerləşdiyi Şevçenko rayonuna düşən raketlər nəticəsində diplomatik nümayəndəliyin binasında pəncərələr sınıb.

Bu, Azərbaycanın Kiyevdəki səfirliyinin ilk dəfə zərər görməsi deyil. Daha əvvəl də hava hücumları zamanı səfirlik binasına ziyan dəymiş, 2025-ci ilin noyabrında baş verən hücumdan sonra Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya nota verilmişdi.

Politoloq Oqtay Qasımov bildirib ki, mayın 24-də Kiyevə edilən hücum müharibə başlayandan bəri ən genişmiqyaslı hücumlardan biri hesab olunur. Onun sözlərinə görə, hücum zamanı yüzlərlə dron və onlarla raket istifadə edilib.

Ekspert hesab edir ki, Azərbaycanın səfirliyinin yaxınlığına düşən zərbələri tam təsadüf saymaq çətindir. O qeyd edib ki, Rusiya dairələrində Azərbaycan-Ukrayna münasibətlərinə qarşı narazılıq hiss olunduğu uzun müddətdir müşahidə edilir.

Bununla belə, Oqtay Qasımov rəsmi Bakının bu dəfə açıq şəkildə nota vermək əvəzinə məsələni diplomatik kanallarla müzakirə edə biləcəyini düşünür. Onun fikrincə, Azərbaycan tərəfi qarşı tərəfdən izahat tələb etməli və narahatlığını çatdırmalıdır.



Seçilən
17
aia.az

1Mənbələr