AZ

Korrupsiya əməliyyatı: 20 nəfər saxlanıldı

Yunanıstanda kənd təsərrüfatı subsidiyalarında korrupsiya edildiyi iddiası ilə 20 nəfərin saxlanıldığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Yunanıstanda nəşr olunan Kathimerini qəzetinin xəbərinə görə, Girit adası Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi tərəfindən kənd təsərrüfatı subsidiyalarındakı korrupsiya ilə bağlı aparılan istintaq zamanı korrupsiya şəbəkəsinin rəhbərləri müəyyən edilib.

Bölmə istintaq çərçivəsində korrupsiya etdikləri əsas gətirilən, aralarında şəbəkə rəhbərlərinin də olduğu 2-si mühasib olmaqla 20 nəfəri saxlayıb.

Şübhəlilərin beş il ərzində istifadə olunmayan kənd təsərrüfatı torpaqlarını formal icarə müqavilələri ilə subsidiya proqramına daxil edərək təxminən 2,5 milyon avro məbləğində qanunsuz gəlir əldə etdikləri ehtimal olunur.

Seçilən
13
cebheinfo.az

1Mənbələr