Qətərin “Əl-Sədd” klubunda çalışan və çempion olan Roberto Mançini İtaliya millisinə qayıtmağa hazırdır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist və insayder Nikolo Şira “X” sosial şəbəkəsində yazıb.
Mənbənin məlumatına görə, Mançini milli komandaya qayıtmaq üçün istefa verməyə hazırdır. O, qayıtmaq üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasını (ildə 2 milyon avroya qədər) qəbul edə bilər. İtaliyalı mütəxəssisin Qətər klubundakı maaşı təxminən 28,96 milyon avrodur. Tərəflər arasında danışıqların getdiyi bildirilir.