AZ

“Oklahoma Siti” “San Antonio” oyununu 12 milyon adam izlədi!

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

MBA-da konfrans finalları start götürdü. Xəbər verdiyimiz kimi, Şərq konfransında “Nyu-York”la “Klivlend”, Qərb konfransında isə “Oklahoma-Siti” ilə “San-Antonio” qələbə uğrunda mübarizə aparır. Son çempion “Oklahoma-Siti” seriyanın ilk oyununda uduzsa da, ikincidə qalib gəldi. Yeri gəlmişkən, ilk oyun MBA tarixinə düşdü. İndiyə qədər heç vaxt bu mərhələnin oyunu 9,2 milyon tamaşaçı toplamamışdı. NBC və “Peacock” kanalları ilə göstərilən oyunu məhz bu qədər tamaşaçı izləyib. 2-ci overtayam vaxtı və oyun bitərkən tamaşaçı sayı hətta 12 milyona çatıb.“Nyu-York”la “Klivlend” arasındakı ilk oyun dramatik mübarizə şəraitində keçdi. Meydan sahibləri 4-cü çeyrəyin gedişində 71:93 uduzurdu. Amma onlar sonda 115:104 hesablı qələbə qazandı. “Niks” son 30 ildə 22 xallıq fərqi aradan qaldıra bilən ikinci komanda oldu. Buna qədər belə oyunların nəticəsi 1-594 idi.Mövsümün indiki məqamında istefaların da yaşanması təbiidi. 2025/26 mövsümünü 26 qələbə və 56 məğlubiyyət ilə Qərb konfransında 12-ci yerdə bitirən və pley-offa vəsiqə qazana bilməyən “Dallas” Ceyson Kiddi baş məşqçi postundan qovmağa qərar verib. Bu haqda xəbəri X sosial şəbəkəsində insayder Şəms Çaraniya yayıb. 53 yaşlı amerikalı 2021-ci ildən bəri “Dallas”ı çalışdırırdı. Bu qərarı mayın əvvəlində Niko Harrisonu klub prezidenti vəzifəsində əvəz edən Macai Uciri verib. İki həftə əvvəl klub baş menecer vəzifəsində Mayk Şmitsi gətirdiyini də açıqlamışdı.konfrans finalları19 mayOklahoma-Siti – San-Antonio 115:122 2ОТ (27:27, 17:24, 29:29, 28:21, 7:7, 7:14)Seriyada hesab – 0:1.20 mayNyu-York – Klivlend 115:104 ОТ (23:16, 23:32, 23:35, 32:18, 14:3)Seriyada hesab – 1:0.21 mayOklahoma-Siti – San-Antonio 122:113 (31:31, 31:20, 34:37, 26:25)Seriyada hesab – 1:1.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
icma.az

2Mənbələr